|

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA İSLAM VƏ MİLLİ KİMLİK

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

XX əsrin əvvəllərində Azərbaycan Rusiyanın müstəmləkəsi olaraq qalırdı. Əhali arasında müsəlmançılıq,islamçılıq anlayışı mövcud idi .Məzhəbçilik yenə davam edirdi. Əhalinin Sünni və şiə olaraq qruplaşması hələdə mövcud idi .

Sünnilərin dini başçısı-müfti şiələrin dini başçısı-şeyxülislam idi. Çarizmdə əhalinin maariflənməsini istəmirdi. Və əhalinin savadlanmasını təhlükəli hesab edirdi.Ona görədə bu ayrımdan istifadə edərək əhalinin oyanmasın imkan vermiyərək öz təsirləri altında saxlayırdılar.

Bu dövrdə xalqın milli şüurunu inkişaf etdirmək üçün dünyagörüşlü, maarifçi, bilikli şəxsiyyətlər lazım idi. Bu dövrün qabaqcıl şəxslərindən olan Axundov, H.Zərdabi, M.Ə.Sabir, H.Z.Tağıyev çarizmin bu siyasəti ilə mübarizə aparırdılar. Onlar milləti oyatmaq, savadlandırmaq, özünü, kökünü tanıyan, kimliyini bilən, millətlər arasında «imzası» görünən «ağıllı millət» formalaşdırmaq, Quranda təbliğ olunan fikir və ideyaların təhrif olunmadan əhali arasında yayılmasını istəyirdilər. H.Z. Tağıyev Azərbaycan respeblikasının ictimai-siyasi və mədəni həyatında mühüm rol oyanyıb. Və heç bir zaman var-dövlətini əhalidən əsirgəmiyib.

O. deyirdi-bu millətin gələcəyi elmdədir. Həmin dövrdə insanlar mollaların təsiri ilə öz qızlarının təhsil almasına imkan vermirdilər. Bu Hacını hər zaman çox narahat edirdi. Və min bir əzabla 1901-ci ildə Bakıda qızlar məktəbini açdı. Məktəbdə azərbaycan dili,rus dili,din təhsili verilirdi.Müsəlman Şərqində yaradılan ilk qız məktəbi müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu.Artıq əhali arasında maariflənmə aparıldıqca insanlar savadlanır, müasirləşirdilər və qərb mədəniyyətini mənimsəyirdilər. Bu həmin dövrdə insanların həm düşüncəsinə həm də geyiminə təsir edirdi. Azərbaycan qadınlarının geyimi daha özünəməxsus olaraq sosial statusa və etnik qrupa görə fərqlənirdi.

Qadınlar artıq Şəhərdə çadrasız və sifətlərində xüsusi örtük olan rübəndlə gəzirdilər.Qərb mədəniyyətinin təsiri ilə şəhər sakinləri Avropa tipli şalvar geyinməyə başlamışdılar.Bütün bunlarla yanaşı XX əsrin əvvəllərində artıq türkçülük yeni mərhələyə yüksəldi vətənçilik — mənəvi Turan ideyası, türk xalqlarının hamısını bir millət olaraq vahid və geniş məkanda birləşdirmək, eyni dildə danışdırmaq, eyni etiqada tapındırmaq düşüncəsi geniş yayılmağa başlanmışdı.Türkçülük islamçılıq, müasirləşmək şüarları başlığı ilə Əli bəy Hüseynzadə,Əhməd Ağayev,M.Ə.Rəsulzadə əvvəlki insanlardan içtimai-siyasi, dini, fəlsəfi, orjinal fikirləri ilə fərqlənirdilər.Əli bəy Türk-İslam birliyini gündəmə gətirib və ömrünün sonuna kimi bu fikirlərlə yazıb-yaratmış və mübarizə aparmış şəxsiyyətlərdən biri olmuşdur.Hüseynzadənin Türkləşmək,İslamlaşmaq və müasirləşmək şüari dillərdə gəzirdi.Bu şüarla hərəkət edilirdi. Azərbaycan bayrağındakı 3 rəngli simmvolik mənada bu şüarla hazırlanıb .Hüseynzadə türkçülük haqqında yazdığı “Türklər kimdir və kimlərdən ibarətdir” adlı məqaləsində türk xalqlarinin İslamaqədərki ve İslamı qəbul etdikdən sonrakı dövründən bəhs edir. O burada islam dinini qəbul etməmiş və yaxud da islam dinindən əvvəl dünyada mövcüd olan digər səmavi dinlərə , məsələn xristianlıq və

yəhudiliyə etiqad edənlərdən yazırdı. Əli bəy türklərin müxtəlif dövrlərdə müxtəlif dinləri (xristianlıq, yehudilik) qəbul etdiklərini lakin həmin xalqların içərisinə qarışıb məhv olduqlarını deyir. Türk millətinin İslam dini ətrafında birləşməsinin tərəfdarı idi.Bu zaman türklər qələbə çalaçaqlar.Əli bəy Hüseynzadənin fəlsəfi fikirləridə çox idi və bele demişdir …

….. Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!»

2ci olaraq görkəmli ictimai-siyasi xadim, publisist, mütəfəkkir, milli ideoloq, pedaqoq, yazıçı, Azərbaycan türklərinin ilk millətçi partiyasının (“Difai”) qurucusu olan Əhməd bəy Ağayevdən bəhs edək.Əhməd bəy Ağayev hər zaman İslam dininə bağlı olduğunu deyirdi və fikirlərini məqalələrində də əks etdirirdi.Əhməd Bəy Ağayev orta təhsilini Şuşada rus realnı məktəbində alıb.Əhməd bəy deyirdiki burada 45 şagirddən yalnız 5 i müsəlman idi.Ermənilər isə müsəlman uşaqları incidirdi.Bunlara dözməyib 4 uşaq təhsilini ərk etmişlər ancaq Əhməd davam etdirib.Bütün başına gələn hadisələrdən sonra Peterburqa gelən Əhməd bəy burada Politexnik institutunda oxuyur burada isə sonralar Azərbaycan vahidliyi uğrunda mübarizə aparacağı şəxslərlə qarşılaşır.Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov .Burada da millətçilik yayğın idi. İmtahanlarından kəsirlər . Haqsızlıqlara dözməyib Parisə yollanır.Fransada Sarbon Universitetində tarix, şərq dilləri və məzhəblərini oxuyur.Oxuduğu müddətdə məşhur şərqşünaslar Ernest Renan, Ceyms Damsteterin Şərq dinləri və məzhəbləri haqqında məruzələrini dinləmişdir.Renan İslam dinini tərəqqinin qarşısını alan millətləri inkişafa qoymuyan bir din olduğunu deyirdi .Əhməd bəy isə ortodoks islamdan fərli olaraq şiəliyin inkişafa meyilli,yalnız farslara xas məzhəb olduğunu qeyd edirdi. Öz fikirlərinin isbat etdirmək üçün 1891 ci ildə «LA Societe percane« başlıqlı 7 bölümdən ibarət məqalələrini La Nouvelle dərgisində çap etdirir.6 ay Parisdə qaldıqdan sonra atasının ölüm xəbərini eşitdikdən sonra geri qayıdır.

Əhməd bəy Ağayev “İslama görə qadın” ,”İslam və Axund “əsərlərinidə yazmışdır. Əsərlərdə sünni-şiə ixtilaflarına son qoymaq ,savadsız mollalardan insanları qurtarmaq,islahatlar aparılması kimi məsələlər əks olunmuşdur. Əhməd bəy şiəliyi artıq birtərəfli vəsf etmir və fars kültürünü digər etnik kültürlərdən saymır. Hesab edirdiki türk qadınini aşağılayan və türk mədəniyyətinin irəliləməsinə maneə olan elə İran mədəniyyətidir.

XX əsrin əvvəllərində xalqımız özünü türk deyil ,müsəlman hesab edirdi.Hələ türkçülük anlayışı ilə islamçılıq anlayışını bir birindən ayırmırdılar.Bu cür məsələ Rəsulzadəni narahat edirdi.Rəsulzadə dövlət işlərində inancların ayrı düşünülmısini ancaq hər iki anlayışın bir-birini tamamladığını qeyd edirdi.O türkçülük, azərbaycançılıq ideaları üzərində çalışmağa başladı. Bununlada islamçılıqdan -türkçülüyə keçid başladı və nəticəsində Demokratik dünyəvi bir ilk

türk dövlətini yaratmış oldu.Əli bəy Hüseynzadə və Əhməd Ağayev Osmanlı türklüyünü əsas hesab edirdilər .Lakin Rəsulzadə Osmanlı imperiyasının daxili və xarici vəziyyətinin hərtərəfli təhlilindən sonra o, Türkiyə və turançılığın deyil, “real və konkret milli məqsədlər güdən” türkçülük ideyasının tərəfdarına çevrildi . Rəsulzadə, milliyyət qövmiyyət, millət, haqqındada, fikirlərini bildirmişdi.“Onun fikrincə, “bir ata-babadan yetişmə və bir dildə danışan kiçik bir tayfa və ya qövmə qövmiyyət məfhumunu aid etmək olar”. Qövmiyyətlə müqayisədə milliyyət etnik birliklərin daha yüksək inkişaf pilləsini təşkil edirdi. Belə ki, milliyyət üçün qan qohumluğu amili artıq öz əhəmiyyətini itirir, dil və mədəniyyət birliyi ön plana keçir.Millət isə -“millət dil birliyi, adət və əxlaq birliyi, ənənati-tarixiyyə və nəhayət, etiqadi-diniyyə birliklərinin məcmusundan ibarət mütəşəkkil bir məhsuldur.Rəsulzadə-İdeal bir türk millətçisi və imanlı bir müsəlman idi . Rəsulzadənin “Tutduğumuz yol “isimli məqaləsində deyirdi : Əgər istəyiriksə sağlam düşüncəli millət olaq Əli bəy Hüseynzadənin söylədiyi 3 şüarı unutmamalıyıq — türkləşmək, müasirləşmək və islamlaşmaq . Düşüncə tərzi ilə Rəsulzadə təkcə türk dünyasında deyil bütün İslam aləmində ilk demokratik Azərbaycan Respublikasını qurdu.Rəsulzadə İslam dini və türklüyün vəhdətini hər zaman vurğulayırdı.Qurduğu dövlət nə qədər türk və İslam dövləti olsada dünyəvi bir dövlət idi. Özü kiçik yaşlarından dinin vaciblərini yerinə yetirərmiş .1913- cü il İqbal qəzetində dərc olunmuş Oxşama məqaləsində özü haqqında yazırdı.

“Yadımdadır, məscidə çox gedərdim. Namaz mənə şərən vacib olmadığı zamanlar belə bir çox qəza namazları keçən saqqallıların etmədiyi ibadətlərin icrasına həvəsli idim. Ramazan gecələrində məscidə gedər, sübh açılana kimi namaz qılardım- gecə namazı. Ən çox həzz aldığım yer məscid idi. Bir zamanlar məktəbə, sonra mətbəyə nə kim bir həvəslə gedirdimsə, o vaxt məscidə də öylə bir həvəslə gedirdim. Məsciddə qazanılacaq savabların hamısına məzhər olmaq da amalım idi..”….

Nəticə

XX əsrin əvvəllərində əhalidə belə bir fikir var idi ki İslam dininə görə qızlar təhsil almamalı,qadınlar işləməməlidir.əmiyyətin arasında qadınların görünmasi,işləməsi günah idi. Ancaq İslam dini heç bir zaman bu deyilənləri qəbul etmir.İslam dini insanların qul olmamasını,hansı dövrdə yaşıyırsansa o dövrün tələblərinə uyğun olaraq yaşamalı,təhsil almalı,dünyagörünüşünü formalaşdırmalı olduğunu deyir.Yuxarıda adını çəkdiyimiz şəxsiyyətlərdə hər zaman Azərbaycan xalqına bunu çatdırmağa çalışıblar.

İstifadə edilmiş ədəbiyyat

1. “Türk dünyasının böyük ideoloqu.Bakı 2014.səh3,11,14-15

2. Əhməd bəy Ağaoğlu-Seçilmiş əsərləri.Şərq-Qərb Bakı2007.səh3-15

3. “Türkçülüğün ihmal edilmiş yalvacı Ali Bey Hüseyinzade –Turan-Prof. Dr. Nesib Nesibli’nin 19 Kasım 2018 tarihinde Kabakçı Konağı’nda yaptığı konuşmanın esas tezleri

4. Ruslan İzzətli-Rəsulzadə və Din

5. Səadət Kərimi-Azərbaycanın Milli və siyası ideologiyası haqqında Bakı 2017.112 s səh 12,70-71

Aytac Rəhimova, ADPU

http://ethnoglobus.az/az/index.php/x-b-rl-r/item/1636-xx-%C9%99srin-%C9%99vv%C9%99ll%C9%99rind%C9%99-az%C9%99rbaycanda-islam-v%C9%99-milli-kimlik-anlay%C4%B1%C5%9F%C4%B1?fbclid=IwAR2fxBX_ckkb6xs1vc-3lHeCwXu1-FVwvxmERRDc4uLjrdixo9GMvhfAuyg

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tags: ,

Leave a Reply


Fatal error: Call to a member function build_links() on null in /var/www/u0485828/data/www/gumilev-center.az/public_html/wp-content/themes/transcript/single.php on line 62