|

Üzeyir Hacıbəylinin » Məşədi İbad» operettası İran səhnəsində

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Ethnoglobus.az xəbər verir ki, İranın Ənzəli şəhərinin İrşad İslami İdarəsində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin » Məşədi İbad» operettasının məşqləri gedir.

Operettanı İran türklərinin ləhcəsinə ustad Qulamhüseyn İbrahimi Pərqu Yalnız uyğunlaşdırıb. Bu barədə xəbəri «Etnoqlobusa» Pərqu verib.

Pərqu bildirib ki, «Məşədi İbad» tamaşasına bəzi qəzəllər əlavə edilib və dialoqlarda müəyyən dəyişikliklər olub.

Tamaşanın quruluşçu rejissoru Babək Tahiri, rejissoru İbrahimi Pərqu,  dekorçu Səid Yəzdani,  fotoqrafı İmani Tahiri. Aktyorlar Sevin Rəhimi (Sənəm), Bəşir Qəhrəmani (Rüstəm bəy), Hüseyn İbrahimi Pərqu (Məşədi İbad),Hüseyn Müstəfəvi (Qoçu Əsgər),Hüseyn Fəzli (Məşədi Qəzənfər), Əli Talehi (Rza bəy),Sürəyya Bərməki (Gülnaz), Şəhriyar Camalzadə (Sərvər), Siyavuş Müvəqqər (Həsənqulu bəy).

Musiqiçilər : musiqi qrupunun rəhbəri Şapuri Arəstə (Akkardeon), Orucəli Umudi (tar), Şahrux Arəstə (kibord), Əli Fəzli (zərb).

Bu, artıq Pərqunun İran səhnələrində Azərbaycan türkcəsində  üçüecü işidir. Beş il əvvəl Ənzəlidə Pərqunun «Ayin Şayin» musiqili tamaşası səhnəyə qoyulub.

Tamaşaların əksəriyyəti müxtəlif teatr müsabiqələrinin mükafatçısı olub. Xalxalinin tamaşaları İranın müxtəlif şəhərlərində nümayiş olunub. Müəllifin «Ejra Tuorb ğamaşası «Bakı səhnəsində də göstərilib.

Arayış: Qulamhüseyn İbrahimi  1961 -ci ildə Xalxalın Pərgi kəndində anadan olub. 1980-ci ildən Yalnız Xalxali imzası ilə şeyrlər yazmağa başlayıb.

1983-cü ildə Xalxaldan Ənzəli şəhərinə köçüb. 1988-ci ildə «Şer evində» «Sahil» və «Şeyda» adları ilə üzvü, 2010-cu ildə idarə heyətinin üzvü olub.1997-ci ildə Bakıda  «Məcmüəgül şüəra»-ya üzv olub. 2011-ci ildə qadın şairlər birliyi «Pərvin əncüməninin» rəhbəri seçilib.1997-ci ildə Şəhriyarın «Heydərbabaya salam» əsərinə nəzirə olan «Güney Dağı» kitabı çapdan çıxıb.

Şimali Azərbaycana ithaf olunan «Qüzey dağı» kitabı nəşrə hazırlanır.

http://ethnoglobus.az/az/index.php/x-b-rl-r/item/1040-%C9%99nz%C9%99li-s%C9%99hn%C9%99sind%C9%99-m%C9%99%C5%9F%C9%99di-ibad%C4%B1n-m%C9%99%C5%9Fql%C9%99rin%C9%99-ba%C5%9Flan%C4%B1l%C4%B1b

 

Leave a Reply