|

Şimali Qafqaz və xüsusilə də Azərbaycan Respublikasında dini radikalizm təfəkkürü ilə mübarizə aparmaq elə də çətin deyil

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...
Möhsün Pakayın İran İslam Respublikasının Azərbaycan Respublikasında səlahiyyətli və fövqəladə səfiri «Beynəlxalq Sülh Araşdırmalar Mərkəzi»nə (IPSC) müsahibə vermişdir. Müsahibənin mövzusu «İşid» qruplaşması və Qafqazda dini radikalizmin gələcəyi barədədir.
Möhsün Pakayın «BSAM»-nin dini radikalizmin Qafqaz və Şimali Qafqazda gələcəyini necə görürsüz? – sualını belə cavablandırmışdır:
«Mənə elə gəlir ki, Şimali Qafqaz və xüsusilə də Azərbaycan Respublikasında dini radikalizm təfəkkürü ilə mübarizə aparmaq elə də çətin iş deyil. Çünki ərəb ölkələri ilə müqayisədə bu ölkədə mövcud olan vəhhabilərin sayı olduqca azdır.
Rəsmi Bakının nəzərinə görə, vəhhabilər Azərbaycan Respublikasının dünyəvi inkişaf yolunu kəsmək niyyətindədir. Buna görə də bu terrorist qruplaşmanın bütün fəaliyyətlərini nəzarətə götürmüşdür. Bu baxımdan Şimali və Cənubi Qafqazda dini radikalizmlə mübarizə üçün kifayət qədər potensial mövcuddur.
Bu radikal qruplar Orta Şərqdə olduğu kimi Qafqaz regionunda təsirə malik deyillər. Çünki Qafqazın ictimai və mədəni vəziyyəti Orta Şərqin ictimai və mədəni vəziyyəti ilə tamamilə fərqlidir. Belə ki, Şimali Qafqaz regionunda yerləşən Dağıstan, Çeçenistan, İnguşetiya və Karaçay kimi zonalar Rusiya Federasiyasının ərazisi sayılır. Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Ermənistan Respublikasında isə vəhhabi və sələfi qruplaşmalarının fəaliyyəti üçün şərait olduqca azdır. Xüsusilə Azərbaycan Respublikası ilə bağlı deyə bilərəm ki, radikal vəhhabilik cərəyanı son zamanlar bu ölkədə inkişaf etmişdir. Lakin Azərbaycan xalqının istər şiə, istərsə də sünnü, həmçinin qeyri-dini partiyaları ölkədə dini radikalizmin inkişafı ilə müxalifdir. Onlar bu cərəyanın ölkədə yayılmasını yaxşı qarşılamırlar.
Vəhhabilər 1997-ci ildə Azərbaycan Respublikasında özləri üçün müəyyən dayaq nöqtələri yaratdılar. Onlar müəyyən məscidlər tikərək ibadət məkanlarında öz etiqadlarını təbliğ etdilər. «Əbu-Bəkr» məscidi Azərbaycan Respublikasında ən böyük vəhhabi məscidi sayılırdı. Bu məscid 1998-ci ildə Kuveytdə fəaliyyət göstərən xeyriyyə fondları tərəfindən tikilmişdi.
Vəhhabilik təhlükəsinin ölkədə genişləndiyi halda Azərbaycan xalqı bu məscidə həssaslıqla yanaşdılar və sonda adı çəkilən məscid dövlət tərəfindən bağlandı.
Azərbaycan Respublikasında bəzi radikal dəstələrin fəaliyyətinə rəğmən ölkədə yaşayan Əhli-sünnənin əksəriyyəti şiələrin çoxu ilə yaxın və səmimi əlaqə saxlayır. Onlar bir-birinin yanında qarşılıqlı anlaşma və dostluq çərçivəsində yaşayırlar.
Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxül-İslam Allahşükür Paşazadə Azərbaycan Respublikası və hətta Qafqaz regionunda yaşayan Əhli-sünnə ilə yaxın əlaqələr qurmuşdur. Onun müavinlərindən biri də Əhli-sünnə məzhəbindəndir.
Əslində Şeyxül-İslam bir şiə şəxsiyyəti olaraq Qafqaz regionunun Əhli-sünnə müftiləri tərəfindən «Qafqaz Müsəlmanları İdarəsi»nə rəis seçilmişdir. Bu da Qafqaz regionunda şiələrlə Əhli-sünnə arasında mövcud olan yaxın və səmimi əlaqənin göstəricisidir.
Azərbaycan Respublikasının dövlət qanununa əsasən, Vəhhabilik firqəsi xalq arasında dini ayrıseçkilik və qarşıdurmaya səbəb olduğu üçün qanun çərçivəsində nəzarətə götürülür. Bu qanuna əsasən Azərbaycan dövləti bu kimi cərəyanların fəaliyyətini qadağan edib onların qarşısını ala bilər. Odur ki, vəhhabilərin Azərbaycan Respublikasında dövləti ciddi bir problemlə üzləşdirməyə və ya ölkədə yaranmış mövcud vəziyyəti dəyişməyə qadir olduğunu düşünmürəm.
Lakin bütün bunlara rəğmən terrorist vəhhabiləri dəstəkləyən bəzi qərb ölkələrinin gələcəkdə Azərbaycan dövlətinə təzyiq göstərmək və müəyyən imtiyazlar qazanmaq hədəfi ilə dini radikalizmdən istifadə etməsi mümkündür.
Mənə elə gəlir ki, Azərbaycan Respublikasında dini radikalizmin təhdidləri ilə ən yaxşı və mümkün olan mübarizə metodu şiə məzhəbinin etiqad və təlimlərinə mötədil və məntiqli bir din olaraq diqqət yetirməkdən ibarətdir. Çünki güclü On iki İmamçı şiəliyin olmadığı bir zamanda vəhhabilər Azərbaycan Respublikasında özləri üçün münasib şərait görüb meydana atıldılar.
Hal-hazırda Azərbaycan Respublikasında şiə dindar kütləsi vəhhabilərin bu ölkədə güclənməsinə ən böyük manedir. Bütün bunlara əsasən, radikal vəhhabilərin müştərək təhdidlərini nəzərə alaraq İran, Rusiya, Azərbaycan və Gürcüstan kimi region dövlətlərinin həmkarlığı bu azğın firqənin aradan götürülməsi üçün xüsusi təsirə malikdir».
(Mənbə: www.peace-ipsc.org)

Leave a Reply