Deprecated: Function set_magic_quotes_runtime() is deprecated in /var/www/gumilev/data/www/gumilev-center.az/f20ec4d9725426356eb9c10b95a64ec5b0750069/trustlink.php on line 316

Deprecated: Function set_magic_quotes_runtime() is deprecated in /var/www/gumilev/data/www/gumilev-center.az/f20ec4d9725426356eb9c10b95a64ec5b0750069/trustlink.php on line 324

Deprecated: Function set_magic_quotes_runtime() is deprecated in /var/www/gumilev/data/www/gumilev-center.az/f20ec4d9725426356eb9c10b95a64ec5b0750069/trustlink.php on line 316

Deprecated: Function set_magic_quotes_runtime() is deprecated in /var/www/gumilev/data/www/gumilev-center.az/f20ec4d9725426356eb9c10b95a64ec5b0750069/trustlink.php on line 324

 
|

“Qafqazda elm dünyasının ulduzları” kitabıın təqdimatı olub

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading ... Loading ...

Qafqaz Müsəlmanları İdarəsi Adil Mövlayinin “Qafqazda elm dünyasının ulduzları” kitabını nəfis şəkildə nəşr edib. Ensiklopedik əhəmiyyət daşıyyan kitabda 19-20-ci əsrlərdə yaşamış və xalqımızın dini-mədəni dəyərlərinin təbliğində və öyrənilməsində böyük xidmətlər göstərmiş din xadimləri haqda məlumatlar toplanıb.

Kitabda əslən Azərbaycandan olan 101 görkəmli din alimi, müctəhidlər və təqlid mərceləri barədə ətraflı məlumat verilib. Həmin tarixi şəxslərin portretlərini Ərdəbildə yaşayan rəssam Həsən Mərdanə çəkib. Kitaba ön sözü Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yazıb. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Qafqazda elm dünyasının ulduzları” kitabının Azərbaycan dilində nəşr olunmasını tariximiz və mədəniyyətimiz üçün mühüm hadisə adlandırıb: ” Adil Mövlayinin “Qafqazda elm dünyasının ulduzları” kitabının işıq üzü görməsi tariximizə, İslam dininin inkişafı üçün ömürlərini fəda etmiş insanlara ehtiramın nümunəsidir. Belə bir kitabın nəşri ilə biz həm də çox mühüm bir işin başlanğıcını qoyduq. İnşallah gələcəkdə də bu sahədə işlərimiz davam edəcək”.
Kitabda Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin babası Şeyxülislam Ağa Əlizadə haqqında da məlumat var. «Babam həm Cümhuriyyət dövründə, həm də Sovetlər Birliyi zamanında Şeyxülislam məqamına yüksəlib. Gənc nəsil adı kitabda daxil olmuş ruhanilərin, din alimlərinin həyatından nümunə götürə bilər”,- deyə o, bildirib.

Tarixi əhəmiyyəti olan bu kitabın latın qrafikası ilə çap olunmasının maraqlı bir tarixçəsi var. Bu ilin mayında Şeyxülislam həzrətlərinin başçılığı ilə böyük bir nümayəndə heyəti İran İslam Respublikasına səfərdə olub. Qonşu ölkənin rəsmiləri, din xadimləri ilə yüksək səviyyəli görüşlərdə kitabın müəllifi Adil Mövlayi də iştirak edib. Məhz həmin görüşdən sonra Şeyxülislam  kitabın latın qrafikası ilə çap olunmasını məsləhət görüb.

Allahşükür Paşazadənin göstərişi ilə bu idarənin əməkdaşları Rusiya, Türkiyə və Gürcüstandakı arxivlərdə tədqiqatlar aparır və araşdırmalar davam edir. Kitabın ikinci hissəsi də nəşrə hazırlanır.
Mütəxəssislər bu araşdırmaları tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addım hesab edir.
Kitabda adı çəkilən din alimlərimiz Nəcəfdə, Kərbəlada, Məşhəddə təhsil alıb. Onların bəziləri həmin elmi mərkəzlərdə fəaliyyətlərini davam etdirib, bəziləri isə Azərbaycana qayıdıb. Sovet hakimiyyəti dövründə din xadimlərimizin əksəriyyəti repressiya olunub.
“Qafqazda elm dünyasının ulduzları” kitabının müəllifi, dəyərli İslam alimi, Höccətül-islam vəl-müslimin Adil Mövlayi də kitabın təqdimatı ilə balı xüsusi olaraq Azərbaycana gəlib. Təqdimat zamanı çıxış edən üləma bunları deyib: “Babam İçərişəhərdə doğulub, sonra Ərdəbilə köçüb. Bu kitabda bəhs olunan böyük din xadimlərinin adlarını da ilk dəfə babamdan eşitmişəm. Azərbaycan İslam aləminə çox böyük din xadimləri bəxş edib. İranda, İraqda çox böyük hörmət qazanmış din xadimləri kimi qəbul edilən şəxsiyyətlər var ki, məhz Bakıda, Lənkəranda, Naxçıvanda, İrəvanda doğulub. Lakin həmin alimlər təkcə doğulduqları və yaşadıqları ölkələrə deyil, bütün bəşəriyyətə aiddirlər.

Bu kitab 14 ili əhatə edən araşdırmalar nəticəsində ərsəyə gəlib və qəbul olunmuş metodologiya əsasında hazırlanıb. Şeyxülislam həzrətləri sağ olsun ki, bu kitaba sahib çıxdı və sizlərlə görüşmək üçün mənə imkan yaratdı. Allah-Təala imkan versə, inşallah, kitabın növbəti və daha təkmil nəşrini hazırlamaq fikrimiz var”.
Bu münasibətlə xüsusi olaraq İrandan gəlmiş Füzulişünas alim və şair kimi tanınan Ağa Şahiyə isə sözügedən nəşrlə bağlı deyib: “Elm, din, ürfan adamlarının, əziz qardaşlarımın iştirak etdiyi belə bir tədbirdə iştirak etmək, xüsusi ilə böyük ehtiram bəslədiyim Şeyxülislam həzrətləri ilə yenidən görüşmək imkanı qazanmaq mənim üçün çox xoşdur. Adil Mövlayi bu kitabı ərsəyə gətirməklə böyük bir iş görüb. Əziz qardaşımın əziyyəti sayəsində adı kitabda xatırlanan din alimlərimiz İslam qarşısında mühüm xidmət göstəriblər. Məhz onların xidməti sayəsində müqəddəs Kitabımız həmişə belə yeni, təravətlidir. Zaman ona heç bir vaxt qalib gələ bilmir”.
Kitabın hazırlanmasında əməyi olan İranın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejad ağa da kitabla bağlı fikirlərini bölüşüb: “Allah-Təala Azərbaycana böyük səxavət bəxş edib. Tarixən bu ölkədə görkəmli alimlər yaşayıb. Onlar elmin, mədəniyyətin müxtəlif sahələrində, o cümlədən dini sahədə əsərlər yaradıb, kitablar yadigar qoyub. Kommunistlərin hakimiyyəti həmin nüfuzlu ruhaniləri unutdurmağa çalışıb. Amma indi ölkə müstəqillik əldə etdikdən sonra belə tarixi şəxsləri tanımaq gənclərin haqqıdır. Azərbaycanda bu sahədə çox iş aparılır. Şeyxülislam həzrətlərinin bilavasitə köməyi ilə çap edilən bu kitab da həmin işlərdən biridir. Uzun illərdir Azərbaycanda çalışıram. Qardaşlarımın hər bir uğuru məni ürəkdən sevindirir. Çox istərdim ki, bu kitabda adları qeyd olunan görkəmli din alimlərinin əsərləri də Azərbaycanda işıq üzü görsün”.

qafqazislam.com

islamınsesi.az

Leave a Reply


Deprecated: Function ereg_replace() is deprecated in /var/www/gumilev/data/www/gumilev-center.az/wp-content/themes/transcript/footer.php(3) : eval()'d code(1) : eval()'d code on line 1

Deprecated: Function set_magic_quotes_runtime() is deprecated in /var/www/gumilev/data/www/gumilev-center.az/f20ec4d9725426356eb9c10b95a64ec5b0750069/trustlink.php on line 316

Deprecated: Function set_magic_quotes_runtime() is deprecated in /var/www/gumilev/data/www/gumilev-center.az/f20ec4d9725426356eb9c10b95a64ec5b0750069/trustlink.php on line 324