|

«Maarifçiliyə dəvət» ictimai birliyi maarifçiliklə məşğul olanları və maariflənmək istəyənləri bir araya gətirəcək

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

elcin manaf«Maarifçiliyə dəvət» ictimai birliyinin sədri hacı Elçin Manafovun «Etnoqlobusa» eksklüziv müsahibəsi

-«Maarifçiliyə dəvət» ictimai birliyi ötən ilin ortalarında  yaranıb, amma təqdimatı ötən ilin sonunda keçirdik. Birliyin təsisçiləri olaraq mən, Vüqar İbayev və Elşən Orucov çıxış edirik.

Azərbaycan İslam Partiyasında 2007-ci ildə hazırda həbsdə olan sədr Hacı Mövsüm Səmədovun dəvəti ilə gəlmişəm. Hacı Mövsüm həbm olunana qədər onun müavini, sonra isə sədr əvəzi olaraq çalışmışam.

Amma partiyaya gələnə qədər mən maarifçiliklə məşğul olmuşam. Qumda dini təhsil aldığım üçün İslam dərsləri keçirdim, dinimizi təbliğ edirdim. Mənim əs lişim elə maarfiçilikdir. Ötən ilin avqustunda  partiyadan istefa verdim. Artıq hacı İlham Əliyev AİP-in sədrəvəzi olmağa razılıq vermişdi.

Mən isə maarifçilik ideyalarını yaymaq üçün ictimai birlik yaratmağa qərar verdim.

Cəmiyyətin hansı sahələrində daha sox tmaarifləndirməyə   ehtiyac var?

-Birliyimiz adında İslamın qeyd olunmaması təsadüfi deyil. Məqsədimiz yalnız İslam dəyərlərinin deyil, ümumiyyətlə maarifçiliyin təbliğatıdır. Cəmiyyətə zəruri olan tibb, təhsil, hüquq və sair sahələrdə mariflənləndirmə tədbirlərinin keçirilməsini nəzərdə tuturuq.

Təbii ki, maarifçiliklə məşğul olan təşkilatlar çoxdur. Bizim məqsədimiz maarifçiliklə məşğul olanları  və maariflənmək istəyənləri bir araya gətirməkdir. İnsanlar var ki, hər hansı bir sahədə bilikləri var, amma dinləyici auditoriyası tapa bilmir. İnsanlar da var ki, maariflənmək istəyir, amma onun maraqlandığı sahədə ona bilik verəcək adamları tapa bilmir.

Biz tədbirlərimizdə həm İslam alimlərindən, həm də dünyəvi elmlərlə məşğul olan alimlərin bacarığından istifadə edəcəyik. Bu yaxınlarda dövlət qurumları məktəblərdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirmişdi. Məqsəd uşaqları narkomaniyanın bəlaları ilə tanış edib, onları uyuşdurucu bəlasından qorumaqdır.

Hədislərdən birində deyilir ki, 3 şey qiyamətdə şikayət edər. Biri məsciddir ki, deyər mən var idim, amma namaz qılanım yox idi. Quran da şikayət edər ki, mən olduğum halda oxunmadım. Biri də alimdir ki, şikayət edər ki, ondan bəhrələnmədilər.

Cəmiyyətdə vətəndaşların iqtisadi durumunu idarə etmək üçün marifləndirmənin olmaması son günlər özünü açıq büruzə verdi. Bu sahədə hansı bilgilərin artırılması üçün nəyi təklif edərdiz?

-Vətəndaşlar manatın dollara nisbətdə dəyərinin dəyişməsi, neftin ucuzlaşması xəbərlərini böyük bir problem kimi qarşılayırlar. Bunun səbəbi insanlarda bilgilərin olmamasından irəli gəlir, şaiəyə inanırlar və xofa düşürlər. Artıq TV kanallarında bu , ya digər məsələlərlə bağlı mütəəxəssislər çıxış edir, baş verənləri anladır. Bu isə insanları gərginlkidən çıxarır. Ən azı vətəndaşlar xofa düşməkdən yayındırır.

Hər hansı bir çətinlikdə ən vacibi insanın xofa düşməməsidir, özünü itirməməsidir. Hətta Allahı köməyə çağırmaq üçün belə insan özünü ələ almalıdır. Hazırki situasiyada isə vətəndaşların narahatçılığını aradan şaldırmaq üçün maliyyəçilərəin və iqtisadçıların sözünə ehtiyac var.

Dünyada baş verənlər Azərbaycana da gəlib çatdı və biz də iqtisadi böhrandan payımızı aldıq. İstər zəngir, istərsə kasıb böhranda iqtisadi çətinliyə düşdü. Hamımızda təbii bir narahatlıq var. Mən düşünürəm ki, insan həmişə Allahını tanımalıdır. Hər bir hadisəni bir imtahan kimi qəbul etsə, psixi gərginliyi asanlıqla özündən uzaşdırar və intihar niyyətinə düşməz.

Belə durumlarda söykənəcək yer tapmayan, əqidəsində boşluq olan insan çıxış yolunu intiharda görür. İntiharın başlıca səbəblərindən biri odur ki, insanlar hesab edir ki, onun mütləq güclü arxası, banklarda çoxlu pulu, çoxlu daşınmaz əmlakı və qızılı olmaladır. Bunlar olmadığı halda insan özünü müdafiəsiz hesab edir. İnsanın içində Allah güclü olsa, o, çətinliklərin qarışısnda asanlıqla təslim olmaz, mübarizə aparar.

Allaha inamımın güclü olduğuna sevinirəm ki, böhranda özümü itirmirəm. Dindarlar belə məsələlərdə optimistdirlər. Hər şeydə bir xeyin olduğunu düşünürlər. Hazırda həbsdə savadlı dindarlar var. Düşünürəm ki, onlar azadlıqda olsaydı, vətəndaşlar arasında böhrandan yalnız səbrlə çıxmağın mümkün olduğunu , təmkinə, çətinliklər qarşısında dözümlü olmağa  dəvət edərdilər. Onların cəmiyyətdə yeri görünür.

Vətənpərvərliyin təbliği də bizim fəaliyyət sahələrindən biri olacaq. İndiki halda xüsusilə belə bir təbliğata ehtiya var. Vətəndaşlar vətənə bağlı olmaladır, vətənin həm xoş, həm də çətin günündə vətənin yanında olmalıdır, onun dərdini bölüşməyə hazır olmalıdır. Belə vəziyyətdə ölkəni tərk edib geğmək istəyənlər var, amma problem hər yanda var. Səbrli olsaq çətinlikləri asan aşıb keçərik.

İnsanların əksəriyyətinin sosial vəziyyətinin pis olmasına səbəb onların qazancına görə yaşamamasıdır.  10 yerdən kredit almaq, kreditlə ad günü, toy yas mərasimi keçirərək, pulun yoxluğundan şikayətlənmək cəmiyyətimizin neqativ simalarındandır. Məncə, maarifləndirmə tələb edən sahələrdən biri budur.Siz bu haqda deyə bilərsiz?

— Bəqərə surəsində deyilir- Bəzən bir şeydən acığınız gəlir, amma o sizin xeyrinizədir. Bəzən bir şeydən xoşunuz gəlir , amma o , sizin ziyanınızadır.  Quranın daha biri neçə surəsində bu fikir müxtəlif şəkildə təkrar olunur. Bu isə irəli sürülən məsələnin vacibliyini göstərir.

İnsanın düşdüyü çətin vəziyyət bizə həyata yenidən baxmağa, işlərini təftiş etməyə yönəltməlidir. Ətrafımızda ayağını yorğanına görə uzatmayan insanları görürük.

Hər kəs qazandığına uyğun  yaşamalıdır. Görünür, iqtisadi böhran insanların düşünməsi və iqtisadiyatını nəzərdən keçirməsi  lazımdır.  Hədmslərin birində deyilir ki, iqtsiadiyyatı düz olan adamın ruzisi də olar. Elə adamlar var ki, qazancı var, amma ruzisi yoxdur. Çünki gəliri ilə çıxarını düz aparmır.

İqtisadi böhran dünyada da, ölkədə də gedir. Ailə də kiçik dövlətdir. Dövlətin bəzi qurumları ixtisar olunur, xərclər azaldılır.  Əvvəllər iqtisadi durum yaxşı olduğu üçün buna əhəmiyyət verilmirdi. Əvvəl istehsalçılığı əhəmiyyət verilmir, məhsulların çoxu xaricdən gətirilirdisə, indi ölkədə yerli istehsalın artırılması işləri görülür. İş adhamlarını vergiləri azaldılır. Bu, günün iqtisadi şərtlərindən doğan tələblərdir. Bu, yalnız çətinlikdə ortaya çıxdı. Ailədə də gəlir və xərclər nəzərdən keçirilməlidir. Allahın hər işində bir xeyir var.  İnsan baş verənlərdən düzgün nəticə çıxarmalı və ibrət almalıdır.

 

Leave a Reply