|

Mən talışlığımı azərbaycanlılığımdan heç cür ayıra bilmirəm

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

irade 1Ethnoglobus.az resursunun müsahibi  talış dilində kitabların nəşri ilə məşğul olan, tərcüməçi İradə Məlikovadır.

 

Arayış: İradə Məlikova 1968-ci il aprel ayının 4-də Astaranın Kijaba kənd sovetliyində anadan olub. 1987-ci ildə Bakı Politexnim Texnikumununa (su təchizatı fakultəsini bitirib, Bakı Məişət Kondisionerləri Zavodunda (BMKZ)- də çalışıb.

 1994 ci ildə İnşaat Mühəndisləri Universitetinə tikinti mühəndisliyi fakültəsini bitirib. Oxuduğu və işlədiyi vaxtlarda fəxri fərmanlarla təltif olunub.

1990-cı ildə gən mütəxəssiz kimi “Cənubkəntəsərrüfatısutikinti” layihə İnstitutunda “texnik” kimi çalışıb. 1997-ci ildən 2008-ci ilə qədər  Azərbaycan Resbuklikası Müdafiə Nazirliyinin Mənzil itismar Sahəsində və Bakı şəhər İstismar Hissəsindətikinti müəndisi kimi çalışıb .

20082012  ci illırdı “Kitab” şirkətində ,2012 fevral ayından “Dil Vasitəsi ilə Cəmiyyətin İnkişafı” cəmiyyətində tərcüməçi kimi çalışıb.

 

-Son illər talış dilində bir neçə kitab dərc etmisiniz. Bu kitablar haqda məlumat verə bilərsizmi?

 

-Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa kitab dərc edərəm. Mən ixtisasca mühəndisəm. irade 2Son illər Müdafiə Nazirliyinin Mənzil İsitismar Hissəsində  on il mühəndis kimi çalışmışam. 2008-ci ildə    “Müqəddəs Kitab şirkəti” nin direktoru tərəfindən tərcüməçi kimi işə dəvət aldım. Elə hər şey də burdan başladı. Mən bu şirkətə müqəddəs kitablar olan Əhdi-Ətiq və Əhdi-Cədid kitablarının talış dilinə tərcümə etmək  üçün dəvət olunmuşdum.

2008-ci ilin aprel ayından 2012 ci ilin yanvarına kimi rəsmi olaraq orda çalışdım. Özüm də hiss etmədən talış dili üzrə araşdırmalara və tədqiqatlara başladım. Hər bir sözün yazılışı və deyilişinə xüsusi diqqətlə yanaşırdım. Əhdi-Ətiq və Əhdi-Cədid kitablarında Allahın kəlamı təhrif olunmasın deyə talış dili qrammatikasına xələl gəlməmək şərti ilə tərcümələrimi edirdim.

Bu işdə talış dilini bilən  bütün ədiblərimiz mənə kömək olub.  Hər zaman hər bir sualıma cavab veriblər. Beləliklə, mən lüğətlərimizin axtarışına  çıxdım. Allahın məni bu yolda irəliləməm üçün hazırladığını xatırlayıram.

Azərbaycan Respublikası Müdafiə Nazirliyində işlədiyim zaman Sovet İttifaqının dövründən qalan  bütün sənədləşmələr, hətta layihələr belə rus dilində idi. Azərbaycan müstəqillik qazanandan sonra  bütün sənədləşmələri  və baş planları Azərbaycan dilinə latın qrafikası ilə tərcümə etdim. Sonralar bu işə necə həvəsim olduğunu anladım.

“Müqəddəs Kitab Şirkətində”  işlədiyim zaman 2008-ci ildə Fəxrəddin Abbaszadənin  82 000  sözdən ibarət rus-talış lüğətinin 2-ci hissəsini hazırladım.  2011 ci ildə 107 570 sözdən ibarət talış-türk dili lüğətini, 2012-ci ildə 250 000 sözdən ibarət ingilis-talış dili lüğətini və 2015 ci ildə 55 000 sözdən ibarət türk-talış dili lüğətini nəşr etdirdim.

Qürur hissi ilə deyə bilərəm ki, bu kitablar bu il Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi üzrə  Prezident Kitabxanası  tərəfindən alınıb. Bundan əlavə maraqlanan onları Bakıdakı Kitab Evindən ala bilər.

Bundan sonra  “ Üfüq-S” Dil vasitəsi ilə cəmiyyətin inkişafı mərkəzinin Bakı ofisində çalışmısam.

Bu təşkilarda fəaliyyətim nəticəsində tərcümə sahəsində bir çox biliklərə yiyələndiyimdən son illər müstəqil araşdırmalar və tədqiqatlar aparmağa başladım. Bu illər ərzində Bakıda və xarici ölkələrdə bir çox elmi seminar və konfraslarda  iştirak etmişəm.

Beləliklə, ilk dəfə olaraq  uşaqlar üçün talış dilində “Ranq kardey” (Özün rənglə) kitabını hazırladım. Kitab talış dili əlifbasındakı hərflərlə başlanan sözlərdən ibarət şəkillər və hər şəkilə uyğun olaraq  talış dilində bir cümlələrdən tərtub olunub.

Bundan əlavə mənim redaktorluğum ilə  Allahverdi Bayraminin hazırladığı 283 səhifədən ibarət kitab işıq üzü görüb. Kitabda 25 talış müəllifinin yazıları  bir araya gəlib. Belə bir məsuliyyətli işə başlayarkən anladım ki,   insan başqasının səhvləri üzərində kamilləşir. Redaktor olmaq çkitabox məsuliyyətli işdir, bu sənəti gərək sevəsən. Hər bir  şairin, yazıçının öz dəst-xətti olur, amma bu kitabda hər bir müəllifin öz dünyası açıldı önümdə.

Bu o demək idi ki, hər kəs öz kəndinin dilində yazırdı. Bu  isə talış ədəbi dilinin geniş yayılmaması, talış dilinin tədrisinin lazımı səviyyədə olmamasınının nəticəsidir.  Bəzi yazarlar talış ədəbi dilinin formalaşmamasını iddia edir.

Bu fikirlə razılaşa bilmərəm. Talış dilində Azərbaycan dilindən fərqli olaraq 3 hərf yoxdur: Ü, G, Ö.  Talış dilində ü- səsi var, amma ü- hərfi yoxdur. Əgər bu hərflər talış dilində orta məktəb kitablarından götürülərsə, bu ətrafda yaranan fikir ayrılıqlarına da son qoyular.

Nəticədə gənc talış yazarlarında da çaşqınlıq olmazdı. Talış dilində dərsliklər elə bunsuz da yararsız haldadır.

“Üfüq-S” dil tədqiqat mərkəzində 2011 cı ildə alman mütəxəsisi  Marcus Jaeger tərəfindən “ Atalar sözü” mövzusunda seminar keçirildi. Bu seminara Azərbaycanımızda yaşayan xalqların nümayəndələri iştirak edirdi.

Hər bir xalqın dilində atalar sözü eşitmək xoş idi. İştirakçılar ana dillərində atalar sözlərini səsləndirdikləri üçün uşaq kimi sevinirdi. 2011 — 2014 –cü illərdə topladığım atalar sözlərindən ibarət talış dilində “ Yolon Sıxan”  el məsəlləri kitabını hazırladım.

Buna qədər Azərbaycanda talış dilində çap olunmuş 5 atalar sözü kitabından, “Tolışi sado” qəzetindən və elektron mətbuatdan götürdüyüm el məsəllərini bir kitabda birləşdirdim.Beləliklə, 136 səhifəlik  bir kitab ortaya çıxdı.

irade kitab 1Redaktor kimi gənc  şair Vüqar  Mirzəyevin “ Həyf çə rujon” (“Heyf o günlərdən”) şer kitabı üzərində həvəslə işlədim.

Əvvəldə dediyim kimi mən  2008 ci ildə “Müqəddəs Kitab Şirkətinə” Əhdi-Ətiq və Əhdi-Cədid kitablarının tərcüməçisi kimi dəvət alana qədər talış kimliyim mənim üçün əhəmiyyət daşımırdı. Bu  işə başladığım andan şüurum talış kimliyini üzə çıxardı. Amma bu, mənim vətənim Azərbaycana  olan sevgimi yalnız artırdı.

Azərbaycanda fəaliyyət göstərən etnik dillərin öyrənilməsi ilə məşğul olan xarici mütəxəssislərin azsaylı xalqlara yuxaridan aşağı baxdığının şahidi oluram. Onlar araşdırmaları öz maraqlarına uyğunlaşdırır və Azərbaycanda yaşayan xalqlar haqda obyektiv fon yaratmırlar.

Bu tədqiqatlar Azərbaycan Milli Akademiyası tərəfindən aparılarsa, kənardan gələnlər özlərini belə sərbəst hiss etməz. Hətta xarici mütəxəsisin bir dəfə əlini masanın üstünə vurub : “Talış dilində cümlədə söz sırası belə olmalıdır” deməsi heç yadımdan çıxmır.

Xüsusi qeyd etməliyəm ki, talış dilində lüğətlərin nəşri talış ədəbi dilini formalaşdırdığı üçün xarıcı mütəxəssislərə maraqlı deyildi.

Onlar bildikləri kimi lüğətlər çap edərək  öz məmləkətlərində alimlik dərəcəsi almaq niyyətindədirlər. Bu səbədən “Üfüq-S” şirkətində elektron lüğətin hazırlanmasını dayandırdım, çünkü orda təqdim olunan ədəbi talış dili deyildi.

 

-Dediyiniz kimi  talış ədəbi dili formalaşmadığı iddia olunur. Talış dilinin formalaşması üçün talışdilli ədiblər hansı rolu oynaya bilər?

-Talış ədəbi dilinin formalaşnmaması fikri ilə razı deyiləm. Allah bu dili veribsə, deməli onun qramatikası da var. Talış dilində tədqiqatları yalnız bu dili bilənlər apara bilər. Bunu bizim əvəzimizə kimsə edə bilməz.

“Üfüq-S” dil tədqiqat mərkəzində bir çox xarici mütəxəssislərlə çalışmalı olurduq. Maraqlı orası idi ki, Cənubi Afrikalı dilçi gəlib talış dilinin qrammatıkası barədə göstərişlər verirdi.

kitablarAmma talışdilli yazarlar  ədəbi dilimizin olmaması ilə bağlı deyinirlər. Talış ədəbi dilini biz yaratmalıyıq. Bunun üçün rəsmi göstərişlərə və tapşırıqlara ehtiyac yoxdur. Kimsə deyəcək ki, talış ədəbi dilinin qrammatikasını hazırlamağa rəsmi qurumlar icazə verməz. Bu, bəzi talışlar içərisində yayılmış heç bir əsası olmayan xofdur. Talış dilində bu qədər kitab dərc etmişəm, yaxud refaktoru olmuşam, amma heş vaxt heç bir təzyiqlə rastlaşmamışam.

Talış dili üzrə mütəxəssis kimi  Fəxrəddin Abbaszadə, Allahverdi Bayrami və Zabil Mədoju görürəm. Amma bu işdə dövlətimizinin köməyinə ehtiyac var. İlk növbədə talış dilində orta məktəb kitabları yenilənməlidir.

Sizcə, müasir dövrdə yetişməkdə olan nəsil talış dilində daha çox hansı mövzulara üstünlük verir?

-İnternetdən gənclərin nəyə həvəs göstərdiyini izləmək olar. Talış dağlarının havasındandır yəqin bizim cavanlar  gözəl  şeerlər yazır, meyxanalar deyirlər. Gözəl səsə malik qəlbi oxşayan müğənnilərimiz var. Gənclər poeziyaya və musiqiyə böyük üstünlük verirlər. Bununla yanaşı  gənclərdə ana dilini mükəmməl  öyrənmək  həvəsi var.  Bəziləri  talış dilini yaxşı bilmədiyi üçün utanır. Biz böyüklərin işi isə onlara bu yolda yardım etməkdir.

Qloballaşma dövründə dünyanın aparıcı dilləri gücləndiyi üçün azsaylı xalqlarının dilinin itirmək təhlükəsi yaranır. Bu müasir çağırışın talış dilinə təsiri necədir?

-Təbii ki, qloballaşmanın bu çağırışı talış dilinə və mədəniyyətinə də aiddir.  Azərbaycanda multikulturalizm dəyərlərini gücləndirmək üçün  görülən işlər də çöxmədəniyyətliliyin itməsinin qarşısını almağa yönəlib.

İndi internet vasitəsilə  hər bir kəs öz dili və mədəniyyəti üçün çalışa bilər.  Mən Youtube -da Irada Malikova adı ilə qeyddiyyatdan keçmişəm. Orada   talış atalar sözləri, bayatılar, laylalar, alaşmalar, şerlər, mahnılar, nağıllar və talış mətbəxtimiz barədə videolarım var.

“Dədə Qorqud”  dastanının  “Basat Təpəgözü öldürməsi” boyu  dövlətimiz tərəfindən 25 dildə  çap olunub. Talış dilində “ Basati Kəlləçəşi Kışte”  adlanan boyun  tərcüməçisi Allahverdi Bayrami, redaktoru mən olmuşam.

Bundan əlavə  Azərbaycan Milli Elimlər Akademiyası Folklor  institutunun rəyi əsasında “Azərbaycan xalqlarının dilində atalar sözü və deyimləri” kitabını  tərtib etmişəm.mebed kitab

Kitabda 11 xalqın atalar sözləri və deyimləri həmin dillərdə Azərbaycancaya tərcüməsi ilə verilib.  Bu kitabı da artıq talış dilimə tərcümə etmişəm. Bu, mənim talış dilinin və mədəniyyətinin qorunması üçün töhfəmdir.

.Sizə görə talış etnik kimliyinin Azərbaycanlı kimliyində yeri necə təsbit olunur?

— Talış etnik kimliyimi qorumaqla yanaşı  özümü daha geniş bir alanda-Azərbaycanlı kimliyində  görmək istəyirəm. Mən talışlığımı  azərbaycanlılığımdan heç cür ayıra bilmirəm. Bunların biri digərinə mane  olmur.

Dövlətimizin hər bir qələbəsi bizim qələbəmizdir.  Bunu  sözlə izah etmək mümkün deyil. Aprel ayında gedən döyüşlərdə  hər bir şəhid ailəsinin yanında olmaq istəyirdim. Azərbaycanın uğuru və məğlubiyyəti də burada yaşayan bütün xalqlarındır.  Elə bu səbəbdən “ Ana  fəryadı” videosun hazırlayıb youtuba yerləşdirdim.  Ağlayan hər bir anada özümü, həlak olan hər bir övladda öz balamı görürəm.  Azərbaycanda yaşayan hər bir kəs etnik və dini kimliyindən asılı olmayarae dDövlətimizin sevncini  də, qəmini də bir yaşayırıq.

Talış dilindən başqa etik talış kimliyini daha hansı amillər müəyyənləşdirir?

-Gözəl sualdır. Hərdən elə olur ki, talış milli geyimimi geyinib gəzmək istəyirəm şəhərdə. Sanki talış olduğumu car çəkmək istəyirəm.

Talış dilində danışanda, milli xörəklərimizi  bişirəndə və talış xalq mahnılarımızı oxuyanda talış kimliyim oyanır ruhumda.

Siz əqidəcə xristiansız. Talışların böyük əksəriyyəti isə şiə müsəlman, çox az bir qismi isə sünni müsəlman. Sizcə, dini əqidə etnik kimliklə necə qovuşur. Məlumdur ki, dini kimlik etnik kimliyi qəbul etmir.irade kilse

-Bəli, mən İsa Məsihi Rəbbim kimi  həyatıma 2000-ci ilin mart ayının 5-dən qəbul etmişəm. Bu səbəbdən bəziləri məni qəbul etmir. Bu məni sındıra bilmir, çünki kalamda yazılmışdır: “Allah mənimlədirsə, kim mənə qarşı dura bilər”.

Daima xalqım üçün duadayam.  Bizim bir hakimimiz var — o da Allahdır. İnsanlar  başqalarını  mühairade rovsenkimə etməkdəndə,  xeyirli bir işin qulpundan  yapışsınlar. Uğurlarıma Allahıma dualarımla nail olmuşam.

Dini etiqadından asılı olmayaraq  bütün insanlar vahid Yaradana dua edir. Mənim yeganə güvənc yerim Allahımdır.

“Əhdi-Ətiq və Əhdi-Cədid” kitablarının talışcaya etdiyim tərcümələr   “Tolışi Sədo” qəzetində, azeri.lt saytında dərc olunub.

Bundan əlavə Ketlen Long Bostromun uşaqlar üçün “What is God like” (“Allah necədir?” , “ Каков Бог”, “ Xıdo Çoknəye”) kitabını Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi icazəsi ilə  Azərbaycan, talış və rus dillərində nəşr etmişəm.

P.S.  Son zamanlar 15 yaxın mahnı bəstələmişəm. Bu şerlər talışdilli müəlliflərə aiddir. 2 mahnım talış dilindədir.  Bir bəstəmim sözləri də Kamal Abdullaya məxsusdur.

 

Gülnara İnanc

 

 

Leave a Reply