|

Kamillik

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1,00 out of 7)
Loading...

Kamilliyə can atmaq təbii bir istəkdir. Onu dənizin dərinliyindən üzə çıxıb günəşə və işığa çatmaq arzusuna bənzətmək olar. Biz daha yaxşı olmağa,daha kamil və tam olmağa, özümüzü daha çox  realizə etməyə və daha çox qazanmağa çalışırıq. Bu bizim bir insan və bir maddi varlıq kimi olan istəklərimizdir. Eyni zamanda iç dünyamızın – ruhumuzun özünü mümkün olduğu qədər daha çox göstərmək və realizə eləmək kimi planı, işi vardır.

Kamilliyə can atmaq təbii bir istəkdir. Onu dənizin dərinliyindən üzə çıxıb günəşə və işığa çatmaq arzusuna bənzətmək olar. Biz daha yaxşı olmağa,daha kamil və tam olmağa, özümüzü daha çox  realizə etməyə və daha çox qazanmağa çalışırıq. Bu bizim bir insan və bir maddi varlıq kimi olan istəklərimizdir. Eyni zamanda iç dünyamızın – ruhumuzun özünü mümkün olduğu qədər daha çox göstərmək və realizə eləmək kimi planı, işi vardır.

Kamillik nədir, onu hansı kriteriyalar əsasında dəyərləndirmək olar və onun hüdudları hardadır?

Kamillik əslində insanın ruhunun tamlaşması ilə bağlı olan prosesdir. Yəni kamillik dedikdə ruhun kamilləşməsi nəzərdə tutulur. Ruh kamilləşdikcə ruhun maddi dünyadakı insan adlı maddi qılafı da kamilləşir. Daha doğrusu, ruhun kamilləşməsi halında biz insanı kamil bir insan olaraq görürük. Kamil insan – dərk etmiş insanın yeni tipi olub, özünün cəhətləri və keyfiyətlərini etiraf edir və bunları istənilən şəraitdə aşkarlamağa qorxmur. Dünən kamil gördüyünü bugün kamil deyil deyə inkar etməkdən qorxmur. Kamillik dünyanın bizim istədiyimiz kimi olacağı gözləntisini aradan götürməkdir. Dünyanı necə varsa eləcə qəbul eləmək bacarığıdır. Kamillik hər şeydə ilahi başlanğıc, ilahi işıq, Allahın iradəsini görməkdir. Bunlar varlığın mayasıdır, çünki allahın hər bir yaratdığı öz təyinatı və mahiyyəti etibarilə kamildir. Bizim görmək, qəbul eləmək istəmədiyimiz şey əslində həmin şeyin kamil olmadığı demək deyil. Yaranışını təşkil edən kərpicləri görmək və onu dəyişdirməyə (bizə görə kamil olanla əvəz etmək) deyil, kamilləşdirməyə çalışmaq.  Çünki kamilləşdirərkən bəşəriyyət bəhrələnir, dəyişdirmək istəyəndə bunu bizə uyğunlaşdırırıq. Yəni dərk etmiş kamil insanda eqoistlik yoxdur. Kamillikdə ümumilik var, tamlıq var,  yaradana qovuşmaq var. Sufizm fəlsəfəsində olduğu kimi. Kamilləşib tanrılaşmaq,  Tanrıya «çevrilmək». Kamilləşmək — kamil kainatları yaradarkən Allahın məntiqinin mənasını anlamaq və bütün gözəlliyini görmək.

Kamillik anlayışına sizin nə eləməyinizdən asılı olmayaraq, yaranışınızın səviyyəsinin sizə nə qədər yarımçıq və səthi görünməsinə, yaxud əksinə, baxmayaraq, özünüzü təzə başlayan yaradıcı hesab etmənizə baxmayaraq, allahın sizin vasitənizlə yaratması daxildir. Yəni əslində Allah  sizin əlimizlə yaradır. Allahın sizdən başqa əlləri yoxdur. Deməli, sizin bütün yaradıcılığınız artıq öz-özlüyündə və sözsüz kamildir. Bizə ancaq bu kamilliyi görmək, dərk etmək və ona çatmaq gərəkir. Belə ki, əgər hər şey eyni bir materialdan düzəlmiş olsaydı və hər şey eyni materialdan düzəldildiyindən  müxtəlif əşyaların müqayisəsi öz mənasını itirmiş olardı.

Kamillik – imkanların bütün spektrini qəbul etmək və səhv etməkdən qorxmamaqdır. Çünki səhv anlayışının özü  dəyişərək tədqiqata, axtarışa, yeni yollar açmağa çevrilir. Yerin altında hər tərəfə kök atan və suya çata bilməyən bir kök çıxıntısını müvəffəqiyyətsizlik saymayan ağac kimi. Bütün köklər eynihüquqludur və ağacın kamilliyi də budur. Yəni kamilləşmə yolunda yıxılmaqdan, itirməkdən qorxmamaq və təzədən qalxıb irəliləməyi bacarmaq. Səhvləriniz üçün özünüzü qınamayın. Sadəcə bütün işlərinizə işıq verin, sevgi verin və hər şeyi maksimum düşünülmüş görün.

Kamilliyin ikinci tərəfi öz yaratdıqalarınız üçün məsuliyyət daşımaqdır. Bu gördüyünüz işlərdə özünüzün realizənizin ideal olmadığını qəbul eləməkdir. İlk başlanğıcda yaratdığınız sizə hər nə qədər kamil görünsə də bu mərhələni qəbul eləmək, özünü delitantlıqda ittiham etməmək, əsas seçimi eləməmişdən qabaq özünə çoxsaylı variantları sınaqdan çıxarmağa imkan verməkdir. Siz variantları sınaqdan çıxartdıqca seçiminiz həmin mərhələ üçün kamilləşir. Lakin seçiminiz bir sonrakı mərhələ üçün yenə də kamil deyildir. Bu, zahirən seyrəlmə və xırdalanma kimi görünsə də mahiyyət etibarilə belə deyil.  Əslində bu öz imkanlarını araşdırmaqdır, yaradıcılıqla məşğul ola biləcəyiniz sərhədlərinizi və ərazisinizi  ayırd edə bilməkdir.

Öz imkanlarınızın diapazonu ilə tanış olduğunuzda məhz indi nəylə məşğul olmağın sizin üçün maraqlı olduğunu (kamilləşmək üçün) tapa bilmək sizə asan olacaqdır. Bu zaman daha dar sahədə təmərküzləşərək orada kamillik əldə etmək üçün yaradıcı enerji axınınızı daraldacaqsınız. Öz işinizin ustası olacaqsınız, lazım gəldiyində fəaliyyət dairənizi genişləndirməkdən qorxmayacaqsınız. Çünki siz öz vaxtında imkanlarınızın sərhədlərini  müəyyənləşdirmisiniz.

Kamillik o deməkdir ki, düzgün yerdə və düzgün vaxtda öz işinizi görürsünüz. Hər nə olursa-olsun anın içərisində yaşayın, özünüzü bütövlükdə yaradıcılığa verərək, enerjiyə sizin vasitənizlə üzə çıxmağa imkan yaradın. Bu iş bütövlükdə iş prosesində (hər hansı bir iş) ərimək ola bilər, meditasiya ola bilər və insanın ağlına gələn hər bir şey ola bilər. Hər bir şeyin mənbəyində enerji dayandığından siz ilahi enerjinin xam (təmiz, toxunulmamış, xalis) ötürücü (və ilk öncə daşıyıcısı) olursunuz. Allah sizin vasitənizlə reallaşır. Yəni siz onun kamilliyini damcı-damcı maddiləşdirirsiniz. Buna görə deyirik ki, yaratdığınız nə qədər kamil görünsə də kamil deyil və əgər siz də yaratdığınızın kamil olduğunu düşünürsünüzsə səhv edirsiziniz. Əslində hər şey bizə kamil görünməsə də kamildir. İnsan üçün kamillik nisbidir. Yəni hər şeyi öz kamillik prizmasından kamil, yaxud yarımçıq görür. Özü kamilləşdikcə bir az qabaq ona kamil görünən şey daha onun üçün kamil deyildir. Yəni kamillik sonsuzdur.

Kamillik gözəllik və harmoniyanı görməkdir, yalnız öz təzahürünüzdə deyil, bəlkə sizi əhatə edən hər şeydə. Başqa insanlarda da kamilliyi görmək, kamlliyə çatmaq üçün başqalarına kömək etmək və onlara bu dərketmə səviyyəsinə çıxmaq hüququ verməkdir.

Yuxarıda da deyimiz kimi, kamilliyin hüdudu yoxdur. Bu doğrudan da belədir. Çünki kamillik artıq toxunduğunuz, haqqında düşündüyünüz, gördüyünüz və görmədiyiniz, hiss etdiyimiz və hiss etmədiyimiz, eşitdiyimiz və eşitmədiyimiz hər şeydə  vardır. Kamillik hər şeyin mahiyyətindədir. Hər şey yaranışından kamildir, bizim onu necə dəyərləndirməyimizdən asılı olmayaraq. Insan kamil olmadığından və bu kamilliyinin ayrı-ayrı və kiçik-kiçik zərrəciklərini dərk etdiyindən kamilliyi tam olaraq görə bilmir. Kamilliyə doğru getmək yeni başlanmış üçüncü eranın əsas tələblərindən biridir.

Hər kəsə kamilliyə çatmaq arzusu ilə.

Gülzar Bayati

 

Leave a Reply