|

İslamda dözümlülülk nədir?

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Gulnara (2)Gülnara İnanc, «Etnoqlobus» onlayn analitik mərkəzinin direktoru

 

Tolerantlıq ifadəsi dözümlülük deməkdir. Tolerant olmaq üçün gərək kiməsə qarşı nifrətin ola , amma buna baxmayaraq ona təzyiq göstərməyib, onun səninlə qonşuluğunda olmasına və öz mədəniyyəti , həyat tərzi və dünyaya baxışları ilə yaşamasına mane olmayasan.

Allah İslam dinində  insanı başqalarını qəbul etməyə çağırır, çünki başqasını olduğu kimi qəbul etmədən dözümlülük mümkün deyil. Bu, gec tez nifaqa və düşmənçiliyə gətirəcək.

Allahın ən son dini İslam və onun müqəddəs kitabı Quran bu prinsipləri özündə necə əks etdirdiyinə baxaq.

Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da , İncili də O endirdi.(1. Quran, Ali İmran surəsi, 3z-cü ayə)

Allahın yeni kitabı və dini özündən əvəlki dinləri inkar etmək üzərində formalaşmayıb. Əksinə , xristianlıq və müsəvilikdə müqəddəs sayılan kitabları  təsdiq etməklə, həmin dinlərin varlığını və yaşamaq haqqı olduğunu bəyan edir.

Quran nəinki Məhəmməd (s.a.s) peyğəmbərdən əvvəlki nəbilərini inkar etmir, hətta onları hörmətlə və ləyaqətlə yad edir.

«Biz Musa və Haruna da nemət ( peyğəmbərlik) bəxş etdik» (2. Əs Saffat  114)

«Sonradan gələnlər üçün içərisində onların hər ikisi üçün (yaxşı ad və gözəl xatirə ) qoyduq» (3. Əs Saffat 119).

(Onların belə yad edirlər) Musaya və Haruna salam olsun! (4. Əs Saffat 120).

 

Allah qüdrətli bir din göndərirdi bəşəriyyətə , ictimai, siyasi, mədəni , sosial nizami düzənləyəcək bir din. Özündən əvvəlkiləri, fərqli düşüncələri məhv etməyə çalışmaq, öz əqidənin ən düzgün olduğunu iddia edərək onlara cəmiyyətə zorla sırımaq zəifliyin nümunəsidir. İslam isə qüdrətli bir din olaraq gəldiyi üçün fərqli düşüncə və həyat tərzinə dözümlü olmaq kimi yeni bir tərz gətirdi özü ilə.

Peyğəmbərin (s.a.s) vida xütbəsində belə bir çağırış var : «Bir ərəbin ərəb olmayandan, bir özgəsinin ərəbdən üstün cəhəti yoxdur…» (5. Xatəmül Ənbiya. Nəzrəti Peyğmbər və həyatı . Əli Hikmət Bərki və  Osman Kəskioğlu . Ankara 1993)

Son xütbəsində İslam peyğəmbərinin müsəlmanalara deyil, bəşəriyyətə xitab edərək «Ey insanlar» deməsi də İslamın müsəlmanları müsəlman olmayanlardan ayıraraq xüsusi üstünlüklər vermədiyinin təsdiqidir.

İslam irqləri, sosial təbəqələri birləşdirdiyi və bərabərləşdirdiyi üçün müsəlmanları əlahiddə və xüsusi olaraq seçmir.

İslam insanı özünə qarşı dözümlülüyə çağırır. İnsan özünə qarşı dözümlü olmasa , başqalarına qarşı dözümlü ola bilməz.  Bu isə münasibətlərin ekologiyasıdır. Başqasına münasibət insanın özünə olan münasibətdən başlayır. İnsan özü ilə münasibətdə hansı prinsipləri rəhbər götürürsə həmin prinsipləri ailəsinə, cəmiyyətə , əqidəsinə və həyat tərzinə inikas etdirir.

Münasibətlərin ekologiyası psixologiyada daha yeni yaranmış bir istiqamətdir. İnsanın özü , cəmiyyət, dünya ilə münasibətlərini öyrənir.

Ruhumuzda genetikadan gələn və həyatımız boyu formalaşan bir münasibətlər sistemi var. İnsan şüurunda formalaşan bu sistem ilk növbədə onun sahibinin həyatını, baxışlarını, taleyini, sağlamlığını və hətta xarici görüşünü belə formalaşdırır.

İnsanın içində üsyanlar, həyatında baş verənlərə qarşı etirazlar hökmrandırsa,özü ilə barış əldə edə bilmirsə, həmin kəs başqalarına qarşı da dözümlü olmayacaq.

«De: «Hərə öz qabiliyyətinə (xislətinə görə) iş görər. Rəbbin kimin doğru yolda olduğunu daha yaxşı bilir». (6. Əl İsra, ayə 84).

Bu ayədə iki yuxarıda deyilən fikir təsdiqini tapır, Əvvəla, insanın şəxsiyyətini formalaşdıran amillər onun fəaliyyətində təzahür edir. İkincisi , kiminsə doğru yaxud yalnış hərəkət  etdiyi yalnız Allah bilir və belə olduğu halda bizim onun əqidəsinə, həyat tərzinə irad tutmağımız dözümsüzlük oduğu üçün  Allahın dözümlülük tələbələrinə ziddir.

İslam müsəlmanlar arasında da  sülh, əmin-amanlıq və dözümlülüyə çağırır. Əgər bir müsəlman öz müsəlman qardaşına qarşı səbrli və dözümlü olmasa, bunu digərlərinə qarşı necə edə bilər.

«Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarındla bir münaqişə düşsə) iki qardaşınızın arasını düzəldin» (7. Hücurat surəsi , 49/10)

«Bir müsəlmanın din qardaşından üz döndərib üç gündən artıq küsülü qalması caiz deyildir. iki küsülü qarşılaşanda biri üzünü o tərəfə, biri bu tərəfə çevirir. halbuki onların xeyirli olanı birinci salam verib küskünlü yü aradan qaldırandır». (8. Buxari, Ədəb 62, Müüslim, Birr 23. İmam Mənəvi «Riyazus Salehin». Bakı 2011.)

Dözümlülüyün bir anlamı da başqalarının haqqına hörmət və onların haqqını tanımaq və haqqına girməməkdir.

Peyğmbərin hədislərindən birində deyilir «Allahın yanına nə ilə gedirsiz gedin, qul haqqı ilə getməyin». Məncə  insanların haqlarının tanınması və dözümlülüyə gözəl bir nümunə ola bilməz.

İnsanın namazı, orucu, həcc ziyarəti Allahla  onun arasında olan bir hesab olduğu üçün Allah bu işlərdə nizamı özü həll edir. Lakin İnsanın Allahın bütün vacib əməlləri qarşısında bəndə qul haqqını yeyibsə, bunu bizi yaradan Allah belə bağışlaya bilmir. Yalnız haqqı yeyilən haqqını yeyəni bağışlaya bilər.  Allahın rəsulunun başqa bir hədisində də deyilir ki, şəhidlərin qul haqqından başqa bütün günahları bağışlanar. Bu isə qul haqqı ilə bağlı bütün  mümkün spekulyasiyaları birdəfəlik aradan qaldırır. Yəni birisinin namaz qılması, oruc tutması, həccə getməsi onu başqasından üstün etmir, onun başqasının haqqını tapdalamasını neytrallaşdırmır.

Beləliklə, Allah özü dözümlüdür və insanlardan da dözümlü olmağı istəyir.

 

 

Leave a Reply