|

Fihi mə fihi içindədir, o ki onun içindədir (Cəlaləddin Rumi)

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Ələkbər Ələkbərov

 

Mən mənəm, “Mən” məndədir. Bir  Böyük “Mən” variçimdə.

Mənə “Mən”i O  Yar göndərib.Yaradılış var İsmində!

Məni “mən” O “Yar” etdi.Etdi əşrəfi xilqətin.

Nur verib, yol göstərdi, sirlərin açdı Cənnətin.

Təəssüf… Mənə “Adəm” dedilər,palçıqla bağlandı “mən”im.

“Mən”ə bir nəfs verdilər!Günahım nədədir mənim?

 

Bir neçə buğda yedi,cənnətdən qovuldu “Mən”im,

Yalvarıb, sordum Ondan: “Cismimdə kimdir — bu “Mənim?”

Mən“Yar”dan birdə sordum: -“Mən” məndədir, yoxsa Səndə?”

Mənə O “Yar”  dedi ki:”İndi səndə, sonra Məndə!”

Məni “Mən”im Cunun eylədi, divanə saldı çöllərə.

“Mən”i məndən elim sordu … Abdal tək düşdüm dillərə

Yer dedi: “Mənəm əvvəl”!Saldı “Məni”qəfəsinə.

Uyar olmadı “Mən”im şeytanın bu hiyləsinə.

İndi də “mən” olaraq bilmirəm – kimdir bu “Mən”im?

Çün öz Yarını dərk edərək, qəfəsi tərk etdi “Mən”im.

Leave a Reply