|

BÖYÜK KUROŞ (KİR)

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 Kurus kurush429 oktyabr Beynəlxaq Böyük Kuroş günü elan edilmişdir. Böyük Kuroş kimdir? Niyə məhz oktyabrın 29-u? Niyə məhz Böyük Kuroş? Niyə İskəndər yox, Çingiz yox?  

Kuroş (Kir) «Kuroş Silindri» kimi məşhur olan ilk «İnsan Hüquqları Deklarasiyası»nı  gil silindr üzərində yazdıran iran padşahıdır. İran şahı Kuroş e.ə. 539-cu ildə Vavilon şəhərinə daxil olur və özünü Vavilon şahı, Şumer və Akkada şahı, dünyanın 4 ölkəsinin şahı» elan edir. Qədim Vavilon ənənələrinə görə Kuroşun silindri Vavilon divarlarının altında basdırılır.

Kuroşun «İnsan Hüquqları Deklarasiya»sı e.ə. 538-ci ildə gildən olan silind üzərində yazılmışdır. Silindr 1879-cu ildə Vavilon şəhərində Vavilonun baş allahı Mardukun məbədi Esagildə tapılmışdır və hazırda Londonda Britaniya muzeyində saxlanılır.

 

Kurus1 İran mədəniyyətində tolerantlıq ruhunun ən bariz örnəyi olan bu silindr Britaniya muzeyinin qədim Vavilon xarabalıqlarında apardığı arxeoloji qazıntılar nəticəsində  assuriya mənşəli arxeoloq Hormozd Rassam uzunluğu 22,5 sm, eni 11 sm olan və üzərində 45 xətt mixi yazısı olan silindr aşkara çıxarır (zərər çəkmiş və itirilmiş hissə istisna olunmaqla) Birinci hissə vavilon dilində və ikinci hissə akkad, yaxud yeni vavilon dilindədir. 1996-cı ildə tədqiqatlar göstərdi ki, ikinci hissə (36-43-cü xətlər) Kuroşun özünün dedikləridir (əvvəllər bunun Nabonidə aid olduğu güman edilirdi). Bu fakt aşkara çıxandan sonra  silindrin ABŞ-nın Yel Universitetində saxlanılan digər hissəsi Londonun Britaniya muzeyinə gətirildi və silindrin əsas hissəsinə  birləşdirildi.

1971-ci ildə silindr üzərindəki yazı BMT-nin 6 rəsmi dilində çap olundu. Orjinalı Britaniya muzeyində olan «Kuroşun Silindri»nin kopiyası Nyu-Yorkda BMT-nin Baş qərərgahında saxlanılır və BMT-nin binasının ikinci mərtəbəsində Təhlükəsizlik Şurası zalı və İqtisadi və Sosial Şuranın auditoriyaları arasındakı koridorda qoyulmuşdur. Bu artefakt BMT-yə İran dövləti və şəxsən şah Məhəmməd Rza Pəhləvi tərəfindən hədiyyə edilmişdir.kurush abide

İran şahı P.Pəhləvinin fikrincə,  Kuroş yer kürəsində özünün böyük imperiyasının hakimiyyəti altında olanlara dini görüş azadlığı verən ilk hakim olmuşdur. Zərdüşt dininə tapınan Kuroş (Kir) bu dinin 3 əsas müddəsına – yaxşı fikir, yaxşı söz və yaxşı əməl tam olaraq hər zaman və hər yerdə riayət etmişdir.  Bu baxımdan da  İran şahının belə bir iddiada olmağa haqqı vardı. Çünki İncil, Tövrat və Quran kimi ən əhəmiyyətli mənbələrdə ondan bəhs edilməsi İran şahına belə bir iddiada olmağa haqq verirdi.

Əxamənişinlər sülaləsinin və qüdrətli Fars imperiyasının əsasın qoyan Böyük Kuroş (Kir) e.ə. 539-cu ildə Vavilonu məğlub edərək yəhudiləri əsarətdən xilas etdi və onlara öz vətənlərinə qayıdıb məbədlərini bərpa etməyi əmr edir. O, fəth etdiyi ölkələrdə insan qırğınına və qarətlərə izavə vermirdi.  Onun allaha və axirətə inancı vardı. Böyük Kuroşun səxavəti, mehribanlığı, ədaləti və digər gözəl xüsusiyyətləri İncildə, Quranda və Tövratda öz əksini taparaq, 25 əsrlik tarix boyu bu böyük şəxsiyyəti yaşatmış və  onu əbədiyyətə qovuşdurmuşdur.

kurush Kuroşun yəhudilərlə rəftarına  yəhudilərin müqəddəs kitabı olan»Tövrat»da  işarə edilir və ondan «Şərq qartalı» kimi bəhs edilir. Belə ki yəhudi uşaqları həyatlarının ilk illərində bu həmişəyaşar humanist  şəxsiyyətlə tanış olur, onun mərdliyi və böyüklüyünü öyrənirlər.  Xristianların müqəddəs kitabı «İncil»də də Kuroşa hədsiz böyük ehtiramla yanaşılır və ona yüksək məqam verilərək  «Allahın məsihi» adlandırılır. Müsəlmanların müqəddəs kitabı «Quran»da da Kuroş yaxşı əməllər sahibi kimi xatırlanır. «Kəhf» surəsində onun əməllərindən geniş bəhs edilir. Kuroş üç müqəddəs kitabda adı çəkilən yeganə tarixi şəxsiyyətdir.

Bu silindrşəkilli gil lövhəni o dövrün digər yazılarından fərqləndirən nədir. İlk öncə bu mətn tarixi bir hadisədən bəhs etməklə yanaşı,  qeysdsiz-şərtsiz sülh və hörmət gətirmişdir. Lövhənin ikinci fərqləndirici xüsusiyyəti ədəbi mətnlər üzrə ekspertlərin dediyi kimi, mətnin dilinin unikallığı və istifadə edilən hecaların hədsiz dərəcədə qoşa işlənməsidir. Silindrin üzərindəki yazının dəfələrlə tərcümə edilməsinə baxmayaraq, mətnin tam tərcüməsi mətn bərpa edildikdən sonra (ikinci hissə Yel Universitetindən gətirildikdən sonra) edilmiş və onun nə qədər qiymətli olduğu aşkar olmuşdur. İngilis dilinə tam tərcümə Britaniya muzeyinin ekspertləri Şahrox Pəzmcu və Ervin Finklem tərəfindən edilmişdir.Kurush_the_Great

 

Kuroşun uşaqlıq və gənclik illəri ilə bağlı müxtəlif versiyalar vardır. Ən geniş yayılmış versiyaya görə, onun atası İran şahı I Kambis və anası Midiya şahı Astiaqın qızı Mandana olmuşdur. Onun bioqrafiyası Herodatın «Tarixi»ndə öz əksini tapmışdır. Eləcə də yuxarıda qeyd elədiyimiz kimi, «Qurani-kərim»in «Kəhf» surəsinin bir neçə ayəsində, İncildə və Tövratda  da  bəzi məlumatlar vardır.

O, e.ə. 558-ci (bəzi mənbələrə görə 560-cı ildə) ildə oturaq fars tayfalarının padşahı olmuşdur. Bu tayfalar arasında pasarqad tayfaları əsas rol oynayırdı. O zaman Fars dövlətinin mərkəzi Pasarqad şəhərinin ətrafında yerləşirdi. Kuroş təxminən 547-ci ildə özünə «farsların padşahı» adı vermişdir.

kurush2Onun Kiçik Asiya  movzoleylərini xatırladan qəbri də buradadır (hazırda Murqab adlanır).  O qədər də böyük olmayan və çox az tanınan bir tayfanın başına keçən Kuroş qısa bir müddət içərisində qüdrətli bir imperiya yaratmağa nail olur. Herodata görə, onun hakimiyyəti 29 il sürmüş və e.ə.539-cu ildə sona çatmışdır.

Gülzar Bayati

 

 

Mənbələr:

Farsca

  1. http://www.beytoote.com/art/negah-gozashte/cyrus1-biography-koorosh.html
  2. https://fa.wikipedia.org/wiki
  3. http://kheradgan.ir/%d9%be%db%8c%d8%a7%d9%85%d8%a8%d8%b1-%d8%a2%db%8c%db%8c%d9%86-%d8%ac%d9%88%d8%a7%d9%86%d9%85%d8%b1%d8%af%db%8c
  4. http://shahramkhirkhah.blogfa.com
  5. http://www.asriran.com/fa/news/162407
  6. http://farzandane-korosh.mihanblog.com/post/61

 

Rusca:

  1. http://interesnik.net/persidskaya-imperiya
  2. http://rulers.narod.ru/cyrus/cyrus.htm
  3. http://100grm.ru/drevnij-mir/idealnyj-mudryj-car/
  4. http://jhistory.nfurman.com/teacher/01_062.htm

Türkcə:

  1. http://www.nkfu.com/pers-krali-kurus-buyuk-kiros-hayati
  2. http://www.nkfu.com/pers-krali-kurus-buyuk-kiros-hayati
  3. http://www.genconculer.com/zulkarneyn-kimdir
  4. http://www.turkcebilgi.com/b%C3%BCy%C3%BCk_kiros

Tags: ,

Leave a Reply