|

Bakıda İlaxır çərşənbə bayramı başlandı

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

novruz-ilaxir cerwenbeBu gün Şəhər Mərkəzi Parkında Bakı Şəhər İcra Hakimiyyəti İlaxır çərşənbə gününü təntənəli şəkildə təşkil edib.

Səhər saat 10.30-da metronun «İçərişəhər» stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədən Novruz personajları — Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiətilə böyük karvan Suraxanı «Atəşgahı»na yola düşüblər.

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq, İstiqlaliyyət küçəsi ilə Heydər Əliyev Sarayının yanından keçməklə, Bülbül prospekti, Xaqani, Nizami küçələri ilə Xətai heykəli və fəvvarənin yanından keçib, Heydər Əliyev prospektinə çıxıb, metronun «Koroğlu» stansiyasının qarşısından keçib, Hava limanı avtomagistralı ilə hərəkət edərək Suraxanı «Atəşgah»ına yola düşməlidir.

Atəşgahdan od götürən Bayram karvanı geriyə qayıdaraq Hava Limanı avtomagistralı, metronun «Koroğlu» stansiyasının yanındakı «Alov» Fontanın qarşısından keçərək Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, 28 May küçəsi, Rəşid Behbudov prospekti, Füzuli küçəsi və Heydər Əliyev Sarayından keçib Şəhər Mərkəzi Parkında Bayram Tonqalı alovlandırılacaq. Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Milli.Az

http://news.day.az/azerinews/759863.html (video)

Leave a Reply


Fatal error: Call to a member function build_links() on null in /var/www/u0485828/data/www/gumilev-center.az/public_html/wp-content/themes/transcript/single.php on line 62